Azərbaycan təşkilatı Embafinans təhsil işçilərinə endirimli kredit fürsəti təqdim edir

BOKT  “Embafinans” MMC Beynəlxalq Müəllimlər günü ərəfəsində təhsil işçiləri üçün kredit kampaniyası keçirir. Embafinans oktyabr ayının 1–dən 31–dək kreditin rəsmiləşdirilməsi zamanı təhsil işçilərinə xüsusi endirimlər təqdim edəcək. Bu barədə təşkilatın cümə axşamı yaydığı məlumatda deyilir. Təşkilat həmçinin təkrar müştərilər üçün nəzərdə tutulan endirimlər haqqında da elan vermişdir. 

“Geniş şəbəkə, müştəri çoxluğu, əməkdaşların peşəkarlıq səviyyəsi və güclü tərəfdaşlar, Embafinans MMC – nin  bu gün kredit təşkilatları bazarında ən uğurlu təşkilatlardan biri olduğunu əminliklə deməyə imkan verir. Şübhəsiz  ki, bu bizə belə aksiyaları həyata keçirmək və ölkəmizin vətəndaşlarını sevindirmək imkanı verir,” BOKT–un İdarə Heyəti sədrinin müavini Hikmət Süleymanov bildirir. 

 Bü gün Embafinans ən geniş xidmət nöqtələri şəbəkəsinə və nüfuzlu müştəri bazasına malikdir. Bura bütün Azərbaycan əhalisi daxildir. 2012 –ci ildə yaradılan və elə həmin il fəaliyyətə başlayan Embafinans MMC BOKT müxtəlif növ kreditlərin verilməsi ilə məşğul olur və tezliklə xidmət sahələrini genişləndirməyi hədəfləyir. 

“Əvvəl də qeyd etdiyimiz kimi,  müştəriyə keyfiyyətli xidmət göstərmək və sosial məsuliyyət başlıca prioritet istiqamətlərimizdir.  Gələcəkdə endirim fəaliyyətimizi genişləndirməyi və hər bir sosial seqmentin istəklərini nəzərə almağı planlaşdırırıq,” Biznesin İnkişafı Şöbəsinin aparıcı mütəxəssisi Nicat Hacıyev qeyd edib.