BOKT Embafinans MMC müştərilərinə artıq “Yeni il” bayram əhvalını bəxş edir

Embafinansın bazar ertəsi (16.11.2015) yaydığı məlumata əsasən, təkrar müştərilərə endirim kampaniyası qüvvəyə minir.

Şirkətin xidmətlərindən istifadə etmiş müştərilər, növbəti kreditlərinin rəsmləşməsi zamanı endirim əldə edə bilərlər. Bu endirim kampaniyası daimi əsaslanmış xarakter daşıyır və təkrar müştərilərə şamil olunur.

“Biz unikal fürsətlərin və kampaniyaların marafonuna start verdik. Bu endirim kampaniyası, daha dəqiq desək, müştərilərimizə bizim ilə olduğlarına görə “Təşəkkür”-müz, hələ başlanğıcdır. Gələcəkdə maraqlı və sərfəli təkliflər ilə istehlakçılarımızı sevindirmək planlaşdırırıq. Bizdən xəbər gözləyin ... Bayramlar artıq başladı!”, - biznesin inkişafı şöbəsinin aparıcı mütəxəssisi Nicat Hacıyev qeyd edib.