BOKT “Embafinans” MMC yeni xidmət növü ilə növbəti dəfə müştərilərini sevindirdi

Kredit təşkilatının cümə günü yaydığı məlumatda qeyd olunur ki, indi Embafinans müştəriləri kredit ödənişlərini www.kassam.az portalı vasitəsilə həyata keçirə bilərlər.

“Bank xidmətləri” bölməsinə daxil olaraq Embafinansı seçib, asanlıqla krediti ödəmək mümkündür. Qeyd edək ki, xidmət tamamilə pulsuzdur, heç bir kommisiya tutulmur. Bu günkü gün Embafinans Azərbaycan  ərazisində mövcud bütün terminal və portallardan  ödənişləri qəbul edir. Ən geniş xidmət şəbəkəsinə malik olan Embafinans ödəniş xidmətləri göstərən bütün platformalara qoşulmağı və bu üsulla müştərilərin təşkilatla kommunikasiya yarada bilməsi üçün bütün vasitələrlə ilə təmin etməyi hədəfləyir.

“ Müştərilərin  rahatlığı bizim üçün birinci yerdədir. Odur ki, biz kreditin verilməsi prosesi kimi, kreditin ödənilməsi prosesini də tamamilə optimallaşdırmağa çalışırıq. Gələcəkdə “online” kreditləşmə layihəsinə start verməyi və bununla istehlakçılarla kommunikasiyanı daha da gücləndirməyi planlaşdırırıq” – Biznesin İnkişafı Şöbəsinin aparıcı mütəxəssisi Nicat Hacıyev qeyd edib.