BOKT Embafinans MMC yenidən aztəminatlı ailələri sevindirdi

Təşkilat iqtisadi fəaliyyətlə yanaşı,  ictimai əhəmiyyat daşıyan xeyriyyə işləri ilə də məşğul olmağa davam edir.

Belə ki, bu yaxınlarda bayram günlərinin başlaması ilə əlaqədar təşkilatın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində bir neçə ailə təmənnasız olaraq mebel və məişət əşyaları ilə təmin  olunmuşdur. Aksiyanın əsas məqsədi maddi və fiziki imkanları məhdud ailələri sevindirmək və onlara rahatlıq bəxş etməkdən ibarətdir.    

“Cəmiyyətlə və cəmiyyət üçün çalışan bir təşkilat olaraq, sosial yönümlü problemlərdən yan keçməyimiz mümkün deyil. Təşkilatımız fəaliyyətdə olduğu müddətdə biz bir neçə dəfə uşaq və qocalar evini, həmçinin bu cür fəaliyyətlə məşğul olan digər qurumları da ziyarət etmiş və yardım göstərmişik. Bu, artıq Embafinans üçün yaxşı ənənəyə və güclü sosial siyasətə çevrilmişdir!” – deyə Biznesin İnkişafı Şöbəsinin aparıcı mütəxəssisi Nicat Hacıyev öz fikirlərini bölüşür.