Prezident İlham Əliyevin dünyada sürətlə yayılan yeni növ koronavirus infeksiyasına Azərbaycanda yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa BOKT "Embafinans" QSC də qoşulub.
Müşahidə Şurasının üzvlərinin qərarı ilə BOKT "Embafinans" QSC Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat yardım vəsaiti köçürmüşdür.
Qeyd edək ki, Bank olmayan kredit təşkilatı BOKT "Embafinans" QSC 2012-ci ildən etibaren fəaliyyət göstərir. İstehlak və biznes kreditlərinin verilməsi ilə məşğuldur. Embawood, Madeyra, Maxi.az ve Optimal kimi brendlər ile tərəfdaşlıq göstərir və ölkəmizdə ən gəniş xidmət şəbəkəsinə malikdir.
güzəşt kalkulyatoru