“Embafinans” MMC 14 iyun ümumdünya donor günü ilə bağlı qanvermə aksiyası keçirtdi

“EmbaFinans” MMC 14 iyun 2013-cü il, Ümümdünya Donor Günü ilə bağlı, qanvermə aksiyası keçirtdi. Şirkətin korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində keçirilən aksiya Sizin hər biriniz bir həyat xilas edə bilərsiniz!!! devizi altında baş tutub. 

B.Ə.Eyvazov adına Elmi – Tədqiqat Hematalogiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkimləri aksiyada könüllü iştirak edən Embafinans əməkdaşlarından qan götürüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaqdır.

Embafinans MMC gələcəkdə də müxtəlif sosial layihələrin həyata keçirilməsini planlaşdırır.