Faizlərə əlvida !!!

Dəyərli müştərilərimiz! 

2015-ci ili daha xoş xatirələrlə yola salmaq məqsədi ilə BOKT “Embafinans” MMC Sizlərə növbəti kredit fürsətini təqdim edir:

5 Dekabr 2015-ci il tarixindən başlayaraq 31 Yanvar 2016-cı ilədək keçirilən kampaniya çərçivəsində “Madeyra” brendinə məxsus mebelləri kreditlə aldığınız zaman ödənişə 2 ay sonra başlaya biləcəksiniz. Bu halda ilk ayın faizləri Sizlərə hədiyyə ediləcək.

Kampaniya şərtləri bununla bitmir:

Kampaniya ərzində “Embawood” brendinə aid mebellərin kreditli satışı 12 ayadək faizsiz olacaq. 12 aydan daha uzun müddətə götürülən kreditlərin illik faiz dərəcəsi isə 29%-dən 15%-ə endirilib. 

Düşünürük ki, 2015-ci ili 60 günlük güzəştli dövr, 12 ayadək faizsiz kredit və ya illik cəmi 15% ilə verilmiş kreditlə başa vurmaq Sizin də ürəyinizcə olacaq. 

Xatırladaq ki, mebel kreditlərimizi ilkin ödənişsiz və heç bir əlavə xidməthaqqı ödəmədən əldə edə bilərsiniz. 

Əlavə məlumat üçün *1414 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 

Yeni İliniz uğurlu olsun!