İnsan resurslarına baxışımız

“EmbaFinans” MMC öz fəaliyyət müddətində hər zaman əməkdaşları ilə əlaqələrini yüksək səviyyədə saxlamış və zaman keçdikcə bu əlaqələri şirkətdaxili dostluq münasibətlərinə çevirməyə çalışmışdır. Şirkətdaxili prinsiplərin saxlanılmasının vacibliyini mənimsəyən idarə heyəti işçilərinə dəyər verir, onların ehtiyaclarını nəzərə alır, hər bir əməkdaşına ayrılıqda öz ideya və təkliflərini təqdim etmə şansı verir. Təşkilatın əməkdaşları arasında mehriban münasibət, işçilərin rahat iş şəraiti ilə təmin olunması təşkilatın uğurlarının nəticəsidir. Bu gün bütün EmbaFinans əməkdaşları şirkətin nailiyyətləri sırasına öz tövhələrini əlavə etmək üçün əlindən gələni edir.“EmbaFinans” MMC öz işçilərini onların intellektual səviyyəsi, işinə yiyələnmə bacarığının olması kriteriyaları əsasında təyin edir və bu kriteriyaları izləməyə hər zaman davam edəcəkdir. Qapımız hər bir kəsin üzünə açıqdır. Sizin də!