Elektron müraciət

Maliyyə xidməti istehlakçıları BOKT “EmbaFinans” MMC-yə ərizə, təklif və şikayətləri ilə müraciət edə bilərlər. Müraciətlər şifahi, yazılı və internet vasitəsilə verilə bilər. Müraciət zamanı istehlakçının ad, soyad, atasının adı, əlaqə vasitələri (telefon nömrəsi, e-mail, poçt ünvanı) qeyd edilməlidir. 

Bütün müraciətlər İstehlakçıların müraciətləri üzrə səlahiyyətli şəxstərəfindən qeydə alınıb araşdırılır. Müraciət baxılmaq üçün qəbul edilirsə əlaqədar şöbəyə yönəldilir. Müraciətlərdə mətn oxunmadıqda və ya sənədlərin etibarlılıq müddəti bitdikdə isə müraciətlər baxılmaq üçün qəbul edilmir və bu səbəblərin aradan qaldırılması üçün istehlakçıya məlumat verilir. 

İstehlakçıların müraciətlərinə ən geci 10 iş günü ərzində cavab verilməlidir. Əgər müraciət əlavə araşdırma tələb edirsə onun cavablandırılması 20 iş gününədək uzadıla bilər. Belə olan halda müraciətçiyə araşdırmanın gecikmə səbəbi və nəticənin hazır olacağı son tarix barədə məlumat veriləcək. 

Aldıqları cavab istehlakçıları qane etmədiyi halda təkrar müraciətlər Müşahidə Şurası Sədri tərəfindən baxılır və cavablandırılır. İstehlakçı nəticədən razı qalmazsa AR Mərkəzi Bankına müraciət etmək hüququna malikdir.

 

 

 

Azərbaycan Respublikası Mərkəzi Bankı
Ünvan: AZ1014, Azərbaycan Respublikası, 
Bakı şəh., R.Behbudov küç. 32

Tel.:   (994 12) 493 11 22
Faks: (994 12) 493 55 41
Elektron poçt: mail@cbar.az

 

   Müraciətlərə baxılma və cavablandırma haqqında qaydalar