Uşaqlara təbəssüm bəxş edək

Müqəddəs Ramazan ayında valideyn qayğısından məhrum olan uşaqlara kömək məqsədi illə EmbaFinans MMC Uşaqlara təbəssüm bəxş edək !!! lozunqu altında KSM lahiyəsini həyata keçirdi. Layihə çerçivəsində şirkət Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 3 saylı Əqli Cəhətdən Qüsurlu Uşaqlar Evini ziyarət etdi. Işçilər tərəfindən könüllü şəkildə yığilan vəsait uşaq evi üçün ərzaq ve oyuncaq alınmasına xərcləndi.

Qeyd edək ki, həmin uşaq evində 160-a yaxın əqli və fiziki cəhətdən qüsurlu, yaşları 0 – 15 arası olan uşaqlar məskunlaşmışdır.