27 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.


İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.


İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:


Emitentin adı

BOKT “EMBAFİNANS” QSC


Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2014020609


İstiqrazların növü və forması

İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı


Ticarət üsulu/forması

Kütləvi / Birqəymətli


İstiqrazların sayı

2,000 ədəd


İlkin ticarət qiyməti

1,000 manat


İstiqrazların buraxılış həcmi

2,000,0000 manat


İllik gəlirlilik faizi

13%


Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)


Tədavül müddəti

1 il


Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək


Anderrayter

“Unicapital İ.Ş.” QSC