Hüquq şöbəmizdə böyük sevinclə iki istedadlı gəncin təcrübə proqramını uğurla tamamladıqlarını elan edirik!


Onlar bu müddət ərzində yalnız nəzəri biliklərini təkmilləşdirməklə kifayətlənmədilər, həm də real iş mühitində çalışaraq dəyərli praktiki təcrübə qazandılar. Qarşılaşdıqları hər bir vəzifənin öhdəsindən məsuliyyətlə gəldilər və öz peşəkarlıqlarını sübut etdilər. Sonda onlara sertifikatlar təqdim olundu – bu, onların zəhmətinin və əzminin rəsmi təsdiqidir.


Ən gözəl xəbər isə bu proqram davam etməyidir!

Əgər sən də peşəkar mühitdə özünü sınamaq, təcrübə toplamaq və gələcək karyeran üçün möhkəm təməl yaratmaq istəyirsənsə — bizim təcrübə proqramlarımıza qoşula bilərsən! 

Üstəlik, təcrübə imkanları müxtəlif şöbələrdə gənclərə yol açır!


Gəl, öz potensialını bizimlə kəşf et! 💼🚀