Onlayn xidmətlər
-
Valyuta:
- 1 ABŞ dolları - 1.7₼
- 1 Avro - 1.8439₼
- 1 İngiltərə funt sterlinqi - 2.1536₼
- 1 Rusiya rublu - 0.0177₼
-
BFB-də səhmlərin indeksi:BOKT Embafinans QSC - 10.50▼-0.50%
-
Baş ofis:General Akim Abbasov küç., 73E, Bakı
-
Əlaqə nömrələrimiz:012 311 15 42
BOKT “Embafinans” QSC 2022-ci ilin birinci yarısı üzrə (yanvar-iyun) əsas maliyyə göstəricilərini açıqlayıb.
“Embafinans”ın xalis mənfəəti 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 409 min manat və ya 30% artaraq 1 milyon 788 min manat təşkil edib. 2021-ci ilin ilk 6 ayında təşkilatın xalis mənfəəti 1 milyon 379 min manat təşkil etmişdi.
2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında “Embafinans” faiz gəlirləri 10% artaraq 4 milyon 147 min manat, haqq və komissiya gəlirləri isə 51% artaraq 883 min 700 manat təşkil edib.
“Embafinans”ın böyüməsi müştərilərə verilən kreditlərin artması hesabınadır. Son bir ildə “Embafinans”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4 milyon 742 min manat və ya 16% artaraq 30 iyun 2022-ci il tarixində 34 milyon 21 min manata çatıb. Eyni dövrdə “Embafinans” QSC-nin cəmi aktivləri 1 milyon 79 min manat və ya 3% artaraq 38 milyon 254 min manata yüksəlib.
30 İyun 2022-ci il tarixində “Embafinans” 14 milyon 841 min manat məcmu kapitala malik olub.
BOKT Embafinans QSC-nin istehlak və biznes kreditləri vasitəsi ilə həyatınızı daha rəngarəng, arzularınızı daha da əlçatan edə bilərsiniz.
Sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşmə zamanı bizim təkliflərimizi daha da cəlbedici edir. Tələsin! Siz də arzularınıza daha yaxın olun!
Daha ətraflı məlumat üçün *1414 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.Daha ətraflı məlumat *1414 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.