Onlayn xidmətlər
-
Valyuta:
- 1 ABŞ dolları - 1.7₼
- 1 Avro - 1.8439₼
- 1 İngiltərə funt sterlinqi - 2.1536₼
- 1 Rusiya rublu - 0.0177₼
-
BFB-də səhmlərin indeksi:BOKT Embafinans QSC - 10.50▼-0.50%
-
Baş ofis:General Akim Abbasov küç., 73E, Bakı
-
Əlaqə nömrələrimiz:012 311 15 42
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan “SİMA” – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. İnteqrasiya prosesinə əsasən BOKT “Embafinans” QSC “SİMA” üzrə növbəti tərəfdaş oldu. Bundan sonra BOKT “Embafinans” QSC-nin müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq kredit əldə edə biləcəklər. Belə ki,kredit üçün BOKT “Embafinans” QSC-yə müraciət edən və müsbət cavab alan müştərilər sənədlərin imzalanmasını “SİMA” vasitəsilə məsafədən və operativ həyata keçirə biləcəklər.
“SİMA” vasitəsilə gələcəkdə digər BOKT-ların məhsullarından da yararlanmaq mümkün olacaq. Yeni nəsil rəqəmsal imzadan istifadə edərək BOKT-larla yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi bir sıra üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Daha ətraflı məlumat üçün *1414 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.