Embafinans hər zaman olduğu kimi körpə balaları unutmayıb.
Qarşıdan gələn Novruz bayramı münasibəti ilə, Embafinans “İstiqanlı olaq!” KSM layihəsi çərçivəsində “Məişət zorakılığına məruz qalmış uşaqların sığınacağı” –nı ziyarət edib.
Ziyarət zamanı sığınacağın rəhbəri olan Kəmalə Ağazadə ilə sığınacağın problemləri və cəmiyyətdə məişət zorakılığın qurbanlarının uyğunlaşması barəsində geniş müzakirələr aparıldı.
Daha sonra sığınacağın əməkdaşları uşaqların əmək dərsində hazırladığı və “Şuşa İli”-nə həsr etdiyi əl işlərini sərgilədilər. Qeyd edək ki, sığınacaq həm də Reinteqrasiya Mərkəzi kimi fəaliyyət göstərir. Uşaqların asudə vaxtlarının təşkili zamanı aktiv şəkildə “art terapiya”, “əmək terapiya” və s. kimi müalicəvi prosedurlardan da istifadə olunur. Sığınacaqda usaqlara mənəvi və hüquqi dəstək də verilir. Mütəmadi olaraq psixoloq, psixoterapev, sosioloqlar, hüquqşünaslar sığınacağın sakinləri ilə görüşüb söhbətlər aparırlar.
Embafinans layihə çərçivəsində sığınacağa bayram sovqatlarını da qida və şəxsi gigiyena məhsulları qismində təqdim edib.