Onlayn xidmətlər
-
Valyuta:
- 1 ABŞ dolları - 1.7₼
- 1 Avro - 1.8439₼
- 1 İngiltərə funt sterlinqi - 2.1536₼
- 1 Rusiya rublu - 0.0177₼
-
BFB-də səhmlərin indeksi:BOKT Embafinans QSC - 10.50▼-0.50%
-
Baş ofis:General Akim Abbasov küç., 73E, Bakı
-
Əlaqə nömrələrimiz:012 311 15 42
1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “Embafinans” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 manat olan AZ2012020601 dövlət qeydiyyat nömrəli, 1,5 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Hərrac zamanı 3 investor tərəfindən 1000 manat qiyməti ilə 3 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,5 milyon manat, İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,5 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 01.09.2025-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazın illik faiz dərəcəsi 11,5 %, faiz ödəniş dövrü isə hər 3 təqvim ayından bir təşkil edir.