Onlayn xidmətlər
-
Valyuta:
- 1 ABŞ dolları - 1.7₼
- 1 Avro - 1.8439₼
- 1 İngiltərə funt sterlinqi - 2.1536₼
- 1 Rusiya rublu - 0.0177₼
-
BFB-də səhmlərin indeksi:BOKT Embafinans QSC - 10.50▼-0.50%
-
Baş ofis:General Akim Abbasov küç., 73E, Bakı
-
Əlaqə nömrələrimiz:012 311 15 42
“Yaşıl Marafon 2022” ağacəkmə kampaniyası çərçivəsində
növbəti aksiya keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası bu gün Müşfiqabad qəsəbəsində keçirilib.
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları – Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və üzvlərinin rəhbərliyi və o cümlədən kollektivi qoşulub. Qeyd olunan tədbirdə BOKT Embafinans QSC də iştirak edib və ölkəmizin yaşıllanmasına öz töhvəsini verib. Qeyd edək ki, bu tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə adıçəkilən Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 22 fevral 2022-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
Aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.