Ümumi Yığıncağın qərarı ilə BOKT Embafinans QSC-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə Hüseynov Nahid Şahin oğlu təyin edilib. 2013-cü ildən etibarən BOKT “Embafinans” QSC-də əmək fəaliyyətinə başlayıb. 2013 – 2020-ci illər ərzində Kredit şöbəsində çalışıb, 

2020 – 2021-ci illər ərzində Daxili nəzarət və hesabatlılıq şöbəsinin rəhbəri, 2021 – 2023-cü illər ərzində isə Risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb. 2023- cü ilin Aprel ayında BOKT “Embafinans” QSC-nin İdarə Heyətinin üzvi təyin olunub.

Embafinans ailəsi öz növbəsində Nahid Hüseynovun səriştəsinə, təcrübə və professionallığına əmin olub, bu yolda ona uğurlar arzu edir.