Onlayn xidmətlər
-
Valyuta:
- 1 ABŞ dolları - 1.7₼
- 1 Avro - 1.8439₼
- 1 İngiltərə funt sterlinqi - 2.1536₼
- 1 Rusiya rublu - 0.0177₼
-
BFB-də səhmlərin indeksi:BOKT Embafinans QSC - 10.50▼-0.50%
-
Baş ofis:General Akim Abbasov küç., 73E, Bakı
-
Əlaqə nömrələrimiz:012 311 15 42
BOKT “Embafinans” QSC maliyyə bazarında aktiv fəaliyyət göstərir. Belə ki, təşkilat 2018-ci ildən başlayaraq istiqraz emissiyasını həyata keçirir. BOKT “Embafinans” QSC ilk istiqrazını 2018-ci ilin oktyabr ayında emissiya etmişdir və 2 mln. AZN dəyərində emissiya edilən istiqrazlar tam satılmışdır.
2018-ci ilin dekabr ayında 1 mln. AZN dəyərində, 2019-cu ilin fevral ayında 2 mln. AZN dəyərində, 2019-cu ilin aprel ayında 1 mln. AZN dəyərində, 2019-cu ilin noyabr ayında 1 mln. AZN dəyərində, 2020-ci ilin iyul ayında 1.5 mln. AZN dəyərində istiqraz emissiya edilmiş və hərracda tam həcmdə satılmışdır.
2021-ci ilin iyun ayında hərraca çıxarılan növbəti 1.5 mln. AZN dəyərində istiqrazlar tam həcmdə satılmışdır.
BOKT “Embafinans” QSC maliyyə dayanıqlığı və likvidlik göstəricilərinə görə investorları cəlb etdiyi üçün təşkilatın istiqrazlarına maraq getdikcə artır. Sonuncu istiqraz emissiyası hər birinin dəyəri 1000 AZN olmaqla 1500 ədəd olmuşdur və 10,5 faizlə yerləşdirilmişdir. Qiymətli kağızlar bazarında bu istiqrazlar üzrə anderrayter xidmətini “ABB-İnvest İnvestisiya şirkəti” QSC həyata keçirtmişdir.