Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur. 

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli lisenziya əsasında fəaliyyət göstərən EmbaFinans Bank Olmayan Kredit Təşkilatıdır. BOKT "EmbaFinans" QSC hazırda İstehlak və Mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir.

EmbaFinans bütün ölkə ərazisində təmsil olunur, belə ki, təşkilatın xidmətlərindən istifadə edərək bütün ailələr öz həyatlarının və özləri üçün ən vacib elementlərdən biri olan evlərinin rahatlığını təmin edə bilərlər!

Hal-hazırda EmbaFinans-ın təklif etdiyi xidmətlər vasitəsilə bütün ölkə miqyasında tanınmış və keyfiyyəti ilə xüsusi rəğbət qazanmış Embawood, MadeyraIdealDizayn məhsullarını əldə etmək artıq daha asan, rahat və sərfəlidir. Həmçinin cəmiyyət AzEstetik,Smarton, Bravo və ölkə üzrə bir çox tanınmış mağazalar ilə də əməkdaşlıq edir.

Aşağı faiz dərəcələri, rahat ödəmə üsulları, geniş müddət seçimi təşkilatın əsas prioritetləridir. Azərbaycanın istənilən bölgəsində xidmət göstərən əməkdaşlarımız müştərilərə kreditlə alınmasında yardım göstərməyə hazırdır.

  • 110+
    əməkdaş
    Şirkətdə çalışan əməkdaşların sayı
  • 3000+
    kredit
    Ay ərzində verilən kreditlərin sayı
  • 300+
    mln.manat
    Verilmiş kreditlərin ümumi məbləği
  • 150+
    partnyor
    Əməkdaşlıq etdiyimiz tərəfdaşların sayı