Onlayn xidmətlər
-
Valyuta:
- 1 ABŞ dolları - 1.7₼
- 1 Avro - 1.8439₼
- 1 İngiltərə funt sterlinqi - 2.1536₼
- 1 Rusiya rublu - 0.0177₼
-
BFB-də səhmlərin indeksi:BOKT Embafinans QSC - 10.50▼-0.50%
-
Baş ofis:General Akim Abbasov küç., 73E, Bakı
-
Əlaqə nömrələrimiz:012 311 15 42
BOKT "Embafinans" QSC 2023-cü ili 5 milyon 325 min manat mənfəətlə başa vurub. 2022-ci ildə BOKT-un mənfəəti 3 milyon 170 min manat olub ki, bu da illik müqayisədə 68% artım deməkdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il "Embafinans"ın faiz gəlirləri 48% artaraq 15 milyon 313 min manat, haqq və komissiya gəliri isə 2 dəfə artaraq 131 831 manat olub.
31 dekabr 2023-cü il tarixinə BOKT-un cəmi aktivləri 58 milyon 634 min manat olub ki, əvvəlki ilə nisbətən 35.3% artımdır. Müştərilərə verilmiş kreditləri 51 milyon 380 min manat təşkil edib. Belə ki, BOKT-un kredit portfeli 36% böyüyüb.
"Embafinans"ın cəmi öhdəlikləri 40 milyon 40 min manat, cəmi kapitalı isə 18 milyon 594 min manat olub.